Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

 13:18 30.06.2025     721

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 29 iyun tarixdən 2 iyul 2025-ci il tarixədək onlayn qeydiyyatdan keçə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə idarənin feysbuk səhifəsindəki elanda deyilir.

Qeyd edək ki, tələblər aşağıdakı kimidir:

1. Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışması;

2. Hər iki iş yeri üzrə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;

3. Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85 faiz olması;

4. Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85 faiz olması;

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/BciQvbjKKzR4njDx7