Azərbaycanda rus məktəbləri bağlanmalıdırmı? - AÇIQLAMA

 19:55 30.06.2025     1449

Azərbycanda həm rus məktəbləri, həm də məktəblərdə rus bölmələri mövcuddur. Bunun üçün dövlət büdcəsindən hər il böyük məbləğdə pul xərclənir.

Dilini öyrənmək üçün milyonlar xərclədiyimiz Rusiya isə zaman-zaman Azərbaycana və azərbaycanlılara qarşı qərəzli hücumlardan əl çəkmir. Sonuncu olaraq Yekaterinburqda Rusiya FTX-si və "OMON" tərəfindən azərbaycanlıalara qarşı alçaqcasına hücumu göstərə bilərik. 

Belə olduğu təqdirdə Azərbaycanda nəhayət ki, rus məktəbləri və məktəblərdəki rus bölmələrinin fəaliyyəti dayandırıla bilərmi?

Redaktor.az-a açıqlamasında keçmiş təhsil naziri Firudin Cəlilov bildirdi ki, Azərbaycanda ruspərəstlər əslində Rusiyaya xidmət edirlər.

"Vaxtilə “ay rus məktəbləri açılmalıdır, rus dilinə önəm verilməlidir, Rusiya belədir…” sözlərini deyənlərə bu sualı verin ki, izah etsinlər. Yazıq azərbaycanlıların günahı nədir ki, evlərində, arvad-uşaq yanında döyülüb, öldürülürlər? Bu suala onlar cavab versin", - deyə keçmiş nazir qeyd etdi.

Aytəkin TOFİQQIZI