MİQ imtahanının şərtləri açıqlandı - Belə HESABLANACAQ

 01:15 01.07.2025     218

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ümumilikdə 100 ballıq sistemlə hesablanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək.

Əlavə edilib ki, ixtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.

Qeyd edək ki, test imtahanı üzrə ümumitəsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

2