Sertifikasiyada uğursuz nəticə əldə edən müəllimlər təqaüdə göndərilə bilər? - Deputatdan AÇIQLAMA

Müəllimlərin sertifikasiya imtahanları ilə bağlı verilən təkliflərdən biri də uğursuz nəticə əldə edən müəllimlərin təqaüdə göndərilməsidir.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, söhbət təqaüd yaşına çatmış müəllimlərdən gedirsə, bu təbiidir.
"Ümumi təqaüd yaşına çatmamış insanlardan danışsaq, bu, artıq başqa məsələdir. Düşünürəm ki, bu barədə fikir yürüdərkən real vəziyyəti nəzərə almalıyıq. Bu məsələ hansı əsaslarla, hansı formada meydana gəlir və təhlil olunur? Təqaüd yaşına çatmamış şəxs necə təqaüdə göndərilə bilər? Qanunvericiliyə əsasən bu məsələlər tənzimlənir. Qanunvericiliyə əməl olunmadan bunun tənzimlənməsi qeyri-mümkündür. Təqaüd yaşına çatmayan insanın təqaüdə göndərilməsi qanuna ziddir. Düşünürəm ki, müəllimlərimiz çalışmalıdır, daha diqqətli olmalıdırlar. Bunlar olmadan, çalışmadan müəllimlər bu məsələdə üzərlərində işləməlidirlər. Biz vəziyyətdən çıxış barədə yox, insanların tərbiyəsi, fəaliyyətlərinin təkmilləşməsi barədə düşünüb buna uyğun addım atmalıyıq", - deyə millət vəkili fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI