Azərbaycandakı rusdilli məktəblər BAĞLANIR

Azərbaycandakı rusdilli məktəblər bağlanır.
Redaktor.az xəbər verir ki, ölkənin bəzi aparıcı media qurumları da Azərbaycandakı rusdilli məktəblərin bağlanacağı ilə bağlı xəbərlər tirajlayıb.
Qeyd olunub ki, bununla bağlı məktəblərin vatsap qruplarına bildirişlər gəlib.
Valideynlər bildiriblər ki, onlara rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.
Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək.(Modern.az)