"Rus bölməsində təhsil ödənişli olmalıdır" - Tanınmış teleaparıcı

 02:32 02.07.2025     393

"Hazırda Azərbaycanda bir çoxları məktəblərdə rus bölməsinin bağlanmasına çağırış edir. Amma anlamaq lazımdır ki, rus bölməsini bağlamaq bir günün işi deyil".

Redaktor.az xəbər verir ki, bunu İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı özünün fesybuk hesabında yazıb.

"Bəli, mən də rus bölməsinin əleyhinəyəm. Düşünürəm ki, rus bölməsində təhsil ödənişli olmalıdır. Amma Rusiya ilə problemin həlli rus bölməsini bağlamaq deyil. Digər tərəfdən, Rusiya azərbaycanlıları rus bölməsində oxumağa məcbur etmir. Bizim insanlar özləri rus bölməsinə üstünlük verir. Niyə? Əvvəlcə bu suala cavab tapmaq lazımdır. İndiki dövrü deyə bilmərəm, amma bizim dövrümüzdə Azərbaycan bölməsində təhsil normal idi. Biz ailədə 4 uşaq hamımız Azərbaycan bölməsini bitirmişik. Evdə məndən başqa digərləri xarici şirkətlərdə işləyib və indi də xaricdə işləyir. Yəni, "rus bölməsi daha yaxşı təhsil verir" fikri sadəcə cəfəngiyyatdır. Hər şey insanın özünü necə inkişaf etdirməsindən asılıdır", - deyə tanınmış teleaparıcı əlavə edib.

T.İSMAYIL