Sertifikasiyanın müsahibə mərhələsi ləğv oluna bilər? - AÇIQLAMA

 17:59 03.07.2025     1409

Müəllimlərin sertifikasiya imtahanlarında test mərhələsindən sonra müsahibə mərhələsi də təşkil olunur.

Ümumiyyətlə, sertifikasiya imtahanlarında müsahibə mərhələsinə ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, test ilə bilik və bacarıqlar qiymətləndirilirsə, eyni zamanda onların məhz müsahibə mərhələsində ümumi davranışları, psixoloji durumları və sair yoxlanılır.

"Bunlar hamısı vacib şərtdir. Çünki ola bilər ki, hansısa müəllim savadlı ola bilər, amma şagirdlərlə işləmə qabiliyyəti o qədər yüksək olmaya bilər. Yaxud kimsə orta göstəricisi zəifdir, amma onun davranışı, psixoloji durumu çox yaxşıdır. Bunları nəzərə alaraq, sertifikasiyanın test imtahanından sonra müsahibə olması vacibdir. Bildiyimiz kimi hər iki mərhələdən keçənlər sertifikasiyadan keçmiş hesab olunur", - deyə təhsil eksperti fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI