İnternetə çıxışı təmin edilən məktəblərin sayı  AÇIQLANDI

 00:33 05.07.2025     113

Ölkə üzrə 4246 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.

Bildirilib ki, bunlardan 2463 optik (1743 FO və 720 GPON), 1498 simsiz və 285 ADSL rabitə kanalı vasitəsi ilə çıxışla təmin edilib.