10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçiriləcək - RƏSMİ

 15:06 07.07.2025     285

7–17 iyul tarixlərində learn.algoritmika.az platformasında “Rəqəmsal Bacarıqlar təmayüllü” 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə MÜTDA-dan bildirilib.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən şagirdlər learn.algoritmika.az platformasına kompüter vasitəsilə daxil olaraq “Qəbul imtahanı” bölməsinə keçid edərək “İmtahana başla” düyməsini klikləməli və 90 dəqiqə ərzində imtahanı tamamlamadırlar.

Qeyd edək ki, imtahan may ayında təşkil olunmuş birinci mərhələdə uğur qazanmayan və ya bu dəfə yeni qeydiyyatdan keçmiş şagirdlər üçün nəzərdə tutulub.