Magistraturaya ixtisas seçimi zamanı bunları nəzərə alın - Gənclərə ÇAĞIRIŞ

 18:51 07.07.2025     99

Xəbər verdiyimiz kimi, magistraturaya ixtisas seçimi mərhələsi artıq başlayıb. Bu mərhələ bakalavr məzunları üçün olduqca əhəmiyyətlidir.

Bəs magistr ixtisas seçimində nələrə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Redaktor.az-a açıqlamasında gənclərə tövsiyə etdi ki, sahələrini daha yaxşı öyrənmək üçün konkret istiqamətli ixtisas seçsinlər:

"Düzdür, magistr ixtisas seçimi məhduddur. Bakalavr məzunları oxuduqları universitetdə maddi-texniki baza, reytinq və keyfiyyət baxımından daha yüksək olan bir universitet seçsələr, bu, daha məqbul olar. Çünki yeni bir universitet yeni bir mühit deməkdir".

Müsahibimizin sözlərinə görə, Elm və Təhsil Nazirliyi magistr təhsili ilə əlaqəli kifayət qədər universitetlərə dəstək verir:

"Axşam növbələrinin olması, kifayət qədər dövlət sifarişli yerlərin ayrılması da bunun göstəricisidir. Bu imkanlardan yararlanaraq yalnız dərəcə əldə etmək üçün deyil, eyni zamanda ixtisasını daha dərindən öyrənmək və yaxşı mütəxəssis kimi yetişmək məqsədilə seçim edilməlidir. Gənclər seçim edərkən həm şəxsi maraqlarını, həm də əmək bazarının tələblərini nəzərə almalıdırlar. Çünki düzgün seçilmiş magistr ixtisası onların gələcək karyerasında mühüm rol oynaya bilər".

Nuriyyə NATİQQIZI