Qəbul imtahanının cavabları AÇIQLANDI

 21:43 07.07.2025     215

6 iyul 2025-ci il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.