Azərbaycan məktəblərində rus bölmələri bağlanacaq? - Nazirdən AÇIQLAMA

 11:33 10.07.2025     1513

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir etiraf edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var:

“Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət büdcəsi hesabına təhsil alırsa, ondan Azərbaycan dili biliyini tələb etmək haqqımız da var”. ( Report )

Vumart və Güvən reklamı Vumart Güvən