8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib - SƏBƏB

 11:16 10.07.2025     75

"Sertifikasiyanın başladığı 2022-ci ildən bu yana bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verilib".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi uğurla başa çatıb.

Nazir gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsinin təmin ediləcəyini deyib.

Emin Əmrullayev onu da vurğulayıb ki, imtahanda 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil. (Report)

Vumart və Güvən reklamı Vumart Güvən