Riyaziyyat üzrə ən yüksək nəticələr bu şəhər və rayonlarda olub

“Müəllimlərin sertifikatlaşdırılması prosesində riyaziyyat fənnindən ən yüksək nəticələr Xaçmaz, Siyəzən, Mingəçevir, İsmayıllı və Sumqayıt şəhərləri üzrə olub”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, elə bölgələr var ki, orada nəticələri zəif olan riyaziyyat müəllimləri fəaliyyət göstərirlər.
"Buna görə də bəzi məktəblərdə 5 müəllimdən yalnız biri növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək”, - deyə Əmrullayev əlavə edib.