Bu ixtisaslar ləğv olunacaq - DİM sədri

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
"Bəzi sahələrdə işləyən şəxslər var. Onlar konkret olaraq hər gün eyni işi görən, müəyyən cədvəl işi ilə məşğul olan peşə sahibləridir. Bu ixtisaslar təxminən 5 ilə ləğv olunacaq", - deyə M.Abbaszadə qeyd edib.