Məleykə Abbaszadədən abituriyentlərə çağırış: Bu ixtisasları da seçin

 14:21 14.07.2025     424

"IV ixtisas qrupuna gələn abituriyentlərin əksəriyyəti yalnız tibb ixtisaslarını seçmək niyyətində olurlar".

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

"Biz istəyirik ki, bu qrupa yalnız tibb deyil, eyni zamanda ekologiya, baytarlıq və qida texnologiyaları sahələri ilə maraqlanan şəxslər də yönəlsinlər",- deyə o, qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən