DİM sədri ən yüksək ballı ixtisasların adını AÇIQLADI

Azərbaycanda ən yüksək ballı ixtisasların adı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə bildirib.
“I ixtisas qrupu üzrə ən yüksək bal BANM-də “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə BANM-də “Biznesin idarə edilməsi”, III ixtisas qrupu üzrə BDU-da “Hüquqşünaslıq” (tədris ingilis dilində), IV ixtisas qrupu üzrə isə ATU-da “Tibb” (tədris ingilis dilində) ixtisasıdır”, - deyə DİM rəhbəri qeyd edib.