"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - Məzahir Məmmədli

 15:50 16.07.2025     77

"Buraxılış balı ilə attestat balı arasında ciddi fərqlər hər zaman müşahidə olunub. Repetitor yanına gedənlər buraxılışdan yüksək nəticə əldə edə bilirlər".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli abituriyentlərin buraxılış imtahanı zamanı yüksək bal toplayıb, lakin blok imtahanında az bal toplaması barədə danışarkən bildirdi.

"Digərləri isə fənn qiymətləri aşağı olduqda attestatda ciddi fərqlər yaranır. Bu məsələ ilə bağlı geniş müzakirələr aparılır. Düşünmürlər ki, o şagirdlər artıq məktəbə vaxt ayırmırlar. Buraxılışda yüksək nəticə əldə edib blokda yüksək nəticə əldə etməmək onunla bağlıdır ki, onların orta məktəb bazası və hazırlıqları ilə Dövlət İmtahan Mərkəzinin sualları arasında bir qədər ziddiyyətlər var. DİM özünün hazırladığı vəsaitdən daha çox suallar salır. Ümumi təhsil məktəbi bazasından hazırlıqları olan uşaqlar buna yaxşı cavab verə bilmirlər. Problem ancaq bununla bağlıdır", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən