Emin Əmrullayev əmr imzaladı - onların adı “Şərəf kitabı”na yazılacaq

 14:01 17.07.2025     1273

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Redaktor.az xəbər verir ki, əmrə əsasən, XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif edilib.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən