"Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır" - Fərəh Əliyeva

 23:51 18.07.2025     64

““Yüksəliş” müsabiqəsinin əsas məqsədi minlərlə gənc arasında dəyər yaratmaq iqtidarında olanları müəyyən edərək aşkara çıxarmaqdır”.

Redaktor.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva deyib.

Onun sözlərinə görə, bu zaman ən vacib nüans fundamental, milli-mənəvi dəyərləri nəzərə almaqdır.

“Milli-mənəvi dəyərlər toplumu xalqa çevirən, mədəniyyətimizi nəsildən-nəslə ötürən dəyərlərdir. Sizin “Yüksəliş”iniz Vətənin yüksəlişinin təməlidir”, - deyə PA rəsmisi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən