"Esse imtahandan çıxarılmalıdır" - AÇIQLAMA

 15:20 21.07.2025     2102

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev bildirib ki, gələcəkdə magistraturaya qəbul imtahanında esseyə minimal bal tələbi qoyulacağını bildirib.

Belə bir qərara ehtiyac varmı, bu addımın atılmasının hansı faydası və ya zərəri ola bilər?

Təhsil eksperti Qoşqar Məhərrəmov Redaktor.az-a açıqlamasında bildirdi ki, esse universitet müəllimlərinin, həmin ixtisasa qəbul olacaq müəllimlərin yoxlayacağı bir məsələdir:

"Məsələn, kimya mühəndisliyi, dizayner ixtisası ilə magistraturaya müraciət edən tələbə esse yazırsa, hər hansısa adam onun essesini yoxlamamalıdır. Universitet özü həmin abituriyentin, tələbənin, müraciətçinin essesini yoxlamalıdır. Ümumiyyətlə, başqa bir pillə olmalıdır".

Müsahibimizin sözlərinə görə esse imtahanın bir hissəsi olmamalıdır:

"Esse imtahanı keçdikdən sonra, növbəti dəfə tələbələr arasından ən yaxşısını seçmək üçün onun essesini istəməlidir. Bunu da məncə universitet müəllimləri etməlidir. Çünki esse ixtisasla bağlı olmalıdır. Esse subyektivdir, daha çox zaman alır. Düşünürəm ki, essenin çıxarılması daha düzgün olar", - deyə Qoşqar Məhərrəmov vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən