"Çoxluq özəl və ya ödənişli istiqamətə gedəcək bal toplayır" - Elçin Əfəndi

"Dövlət İmtahan Mərkəzi tərəfindən artıq 2 və 3-cü ixtisas qruplarının imtahanları tamamilə yekunlaşdırılıb. Eynilə 1 və 4-cü qruplar da bitib, amma hələ nəticələr məlum deyil".
Bu barədə Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi abituriyentlərin imtahan nəticələrindən danışarkən bildirdi.
"Ümumi 93 min abituriyentin 1, 2, 3, 4 qruplar üzrə müsabiqədə iştirakı gözlənilir. Təxminən 10 min nəfərdən çox 5 ixtisas qrupu üzrə müsahibədə iştirak edəcək. Ümumi ayrılan plan yerləri 63 mindir. 50 faiz dövlət sifarişli, 50 faiz ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olacaq. Ümumiyyətlə, abituriyentlər müsabiqədə iştirak zamanı demək olar ki, çoxluq özəl və ya ödənişli istiqamətə gedəcək bal toplayırlar. Nəticə ilə ilk turda həmin yerlərin 90 faizi dolur", - deyə o, qeyd etdi.
Aytəkin TOFİQQIZI