Apellyasiyaya müraciət edən abituriyent sayı nə qədərdir?

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da tarixində keçirilmiş qəbul imtahanlarında ümumilikdə 40 min 324 abituriyent (II qrup üzrə 17398 nəfər, III qrup üzrə 22926 nəfər) imtahanda iştirak edib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticə 388.3 bal, III ixtisas qrupu üzrə isə ən yüksək 397 bal olub. Qeyd edək ki, qəbul imtahanının ikinci cəhdində maksimum nəticə 400-dür. Cari ildə isə II və III qruplar üzrə maksimum nəticə göstərən abituriyent olmayıb.
Redaktor.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda iştirak edən 40 min 312 nəfərin ümumilikdə 641-i apellyasiyaya müraciət edib.
Qeyd edək ki, onların 394-ü III qrup, 247-si isə II qrup üzrə imtahan verən abituriyentlər olub.