SABAH qruplarına qeydiyyat başladı - Qəbul yeni qaydalarla aparılacaq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2025-2026-cı tədris ili üçün tələbə seçimi müsabiqəsi açıq elan olunub.
Redaktor.az xəbər verir ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları (incəsənət, tibb və memarlıq) üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə, akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları SABAH qruplarına tələbələrin seçimi qaydalarına (7.3 bəndinə) əsasən, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “SABAH qruplarına tələbə qəbulu qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat prosesi 27 iyul 23.59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.