"Subbakalavrlara distant təhsil alma imkanları yaranacaq" - Məzahir Məmmədli

 14:57 22.07.2025     148

"Azərbaycanda artıq qiyabi təhsildən imtinaya yönəlik bir kurs var. Pedaqoji kadrlar hazırlayan ixtisasların heç birində qiyabi təhsil yoxdur, bəzi ixtisaslar var ki, orada da qiyabi təhsil sayı məhduddur. Subbakalavrlar minlərlədir".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli subbakalavrların ali təhsilə keçidi haqqında danışarkən bildirdi.

"Dünya təcrübəsində də belədir ki, qiyabi təhsildən artıq çəkinilir. Azərbaycan Milli Məclisi “Təhsil haqqında” qanunun müzakirəsi ərəfəsindədir. Orada artıq distant təhsillə bağlı məsələ də öz yerini tapmaqdadır. Əgər bu rəsmiləşəcəkdirsə, o halda subbakalavrlara distant - məsafədən təhsil alma imkanları yaranacaq. Bu, bir qədər maarifliliyi yüngülləşdirəcək", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən