Diaspor fəalı Misirdə beynəlxalq müsabiqədə qalib OLDU

 20:12 23.07.2025     569

Misirdə əcnəbi şagirdlərin təhsil aldığı əl-Əzhər liseyinin təşkil etdiyi beynəlxalq İslam mədəniyyəti müsabiqəsində azərbaycanlı gənc, diaspor fəalı Mustafa Nəsirov ümumi biliklər üzrə üçüncü yer tutub.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, beş mindən çox şagird arasında keçirilmiş bilik yarışında 10 nəfər fərqlənib. Qaliblərə pul mükafatı və şəhadətnamələr təqdim olunub. Birinci və ikinci yerləri uqandalı və nigeriyalı şagirdlər tutub.

Qaliblərin şərəfinə ölkələrinin bayraqları liseyin həyətində ucaldılıb.

222
Vumart və Güvən reklamı Vumart Güvən