Tələbələr üçün Prezident təqaüdünün məbləği ARTIRILDI

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.