"Bu, son illərin ən yüksək göstəricisidir" - Emin Əmrullayev

"2025–2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayıb. Ölkənin 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Qəbul 32 min 620 plan yeri üzrə aparılır. Bu isə son illərin ən yüksək göstəricisidir".
Redaktor.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.
“10 yeni ixtisasa və beynəlxalq sertifikat əldə etmək imkanı verən 6 ixtisasa tələbə qəbulu aparılır.
Məqsədimiz peşə təhsilini əmək bazarının real tələblərinə uyğunlaşdırmaq və gənclərimizə rəqabətqabiliyyətli peşə bacarıqları qazandırmaqdır”, – deyə o, qeyd edib.