"Magistraturada illik təhsil haqqı çox olmamalıdır" - Ekspertdən TƏKLİF

 17:51 24.07.2025     185

"Magistr təhsilinin illik ödənişləri ilə bağlı bir az yüksəliş var. Xüsusilə də UNEC-in illik təhsil haqlarında qalxış var. Mən hesab edirəm ki, il yarımlıq olan ixtisaslarda ödənişlər çox olmamalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev magistr ixtisaslarında illik təhsil haqqının yüksək olmasından danışarkən bildirdi.

"Bildiyiniz kimi bu il magistr ixtisasları iki hissəyə bölündü. Türkiyə modeli tətbiq olunur. Türkiyədə tezli və tezsis magistr ixtisasları var. Eyni ixtisasın həm tezlisi, həm tezsisizi. Tezli iki illik, tezsiz isə il yarım olur. Bunların arasındakı fərq bundan ibarətdir: iki illik olan ixtisaslarda magistratura istiqaməti üzrə bitirdikdən sonra magistraturaya müraciət eləmək olur. Amma il yarımlıq ixtisaslar üzrə magistraturanı bitirdikdən sonra doktoranturaya müraciət etmək olmur. Yəni fərq bundadır və mən düşünürəm ki, bunlar arasındakı fərqi nəzərə alaraq il yarımlıq olan ixtisasların təhsil haqlarında bir az aşağı olması daha yaxşı olardı.

Amma belə deyək, baklavra nisbətən fərq istər-istəməz hiss olunur. İllik təhsil haqlarının qalxması əlbəttə ki, magistratura sahəsində müraciət edən aztəminatlı ailələr və yaxud da digərlərini aşağı bal toplayanların da istər-istəməz maddi büdcəsinə müəyyən qədər təsir göstərəcəyi qaçılmazdır. Amma bununla yanaşı nəzərə almaq lazımdır ki, dövlət sifarişli ixtisasların da kifayət qədər plan yeri ayrılıb və əvvəlkinə nisbətən dövlət sifarişli ixtisasların da plan yerində artım müşahidə olunur. Arzumuz, istəyimiz əlbəttə ki, illik təhsil haqqının il yarımlıqda ən azından aşağı olmasıdır. Əslində digər ali təhsil müəssisələrində o qədər də belə böyük ciddi fərq yoxdur, bəzi ali təhsil müəssisələrini çıxmaq şərtilə. Amma misal üçün UNEC-də fərq ciddi hiss olunur. İl yarımlıqla iki ildə illik təhsil haqqında müəyyən qədər fərq olsa, daha yaxşı olar deyə düşünürəm", - deyə təhsil eksperti qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən