Nazirlik universitetlərdə təhsil haqqının artırılması məsələsinə münasibət BİLDİRDİ

“İxtisasların təsnifatı təsdiq olunub, magistr ixtisaslarımız tamamilə yenilənib. Əmək bazarı ilə bağlı yeni ixtisaslar yaradılıb”.
Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
“Bakalavr pilləsində də bir neçə yeni ixtisasımız var”, - o bildirib.
Nazir müşaviri qeyd edib ki, təhsil haqqının artımı ilə bağlı məsələ gündəmdə deyil (APA).