"Ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar" - Nicat Məmmədli

“Təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdləri artırılıb. Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, tələbələrin 50 faizindən çoxu təqaüd alır: “Müəyyən əmsalları görmək mümkündür. Bu artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq”.
N.Məmmədli bildirib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.