"Gözlədiyim nəticə idi" - 700 bal yığan Orxan

 15:39 25.07.2025     361

“Cavab vərəqimi yoxlayanda səhvimin olmadığını gördüm”.

Bu sözləri İyulun 13-də IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında maksimal nəticə göstərərək ölkə birincisi olan Orxan Abdulsəmədli Redaktor.az-a açıqlamasında bildirdi.

Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin məzunu olan Orxan bildirdi ki, bu nəticə onun gözləntilərinə tam uyğun olub:

“İmtahandan çıxandan sonra cavab vərəqimi yoxlayıb heç bir səhvim olmadığını gördüm. Yəni belə nəticə gözləyirdim”.

O, buraxılış imtahanında isə bu qədər yüksək nəticə əldə etməyi gözləmədiyini deyib:

“Buraxılışda 300 bal gözləmirdim, sürpriz oldu”.

Gələcək planlarından danışan ölkə birincisi Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almaq istədiyini bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən