"Ali təhsil proqramları elə müəyyən olunmalıdır ki..." - Elşən Qafarov

 17:30 25.07.2025     330

"Bizdə hələ də 60-70-ci illərdə olduğu kimi nəzəriyyəyə daha çox üstünlük verilir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov Azərbaycanda yeni ali təhsil proqramlarının hazırlanmasına münasibət bildirərkən dedi.

"İstənilən halda bizdə ali təhsil proqramları elə müəyyən olunmalıdır ki, o həm nəzəri, həm praktik olaraq bir kadrın yetişməsinə gətirib çıxarsın. Halbuki xaricdə təhsildə nəzəriyyə üstün deyil. Yəni artıq hər yeni kursa keçdikcə tələbə praktiki dərslərin, biliklərin sayına daha çox üstünlük verir. Amma bizdə isə bildiyiniz kimi, tələbə dörd il oxuyur, sonda bir neçə aylıq bir təcrübə müəyyən olunur", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən