Bakıda bağçalara növbəyə yazılma sistemində problem yarandı

 17:47 25.07.2025     91

Saat 15:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılması sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub.

Bu barədə Redaktor.az-a MÜTDA-dan məlumat verilib.

Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb və yüklənmə aradan qaldırılıb.

Hazırda proses uğurla davam edir. Belə ki, bugün Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22796 növbə yaradılıb.

Qeyd edək ki, bu gün saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılmasına start verilib. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən