Blok imtahanında 400 bal toplayan abituriyent bu klubun futbolçusu imiş

 21:24 25.07.2025     304

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Redaktor.az xəbər verir ki, Bakı şəhəri 64 nömrəli tam orta məktəbin məzunu Əbdülhəsən Məmmədov blok imtahanında maksimal nəticə göstərib – 400 bal toplayıb. Onun ümumi topladığı bal 696,7-dir. 

Qeyd edək ki, Əbdülhəsən "Azərbaycan müəllimi"nə bildirib ki, yüksək bal toplamağının əsas səbəbi vaxtı düzgün bölməsi və çox çalışmasıdır:

“Məqsədim gələcəkdə kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaqdır. Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə oxumaq istəyirəm. Yüksək bal toplamağımda mənə dəstək olan müəllim və valideynlərimə təşəkkür edirəm”.

Uğurlu məzun yalnız dərslərində deyil, idman sahəsində də fərqlənir. O, “Zirə” klubunda peşəkar futbolla məşğuldur və idmanda da bir sıra uğurlar əldə edib.

Vumart və Güvən reklamı Vumart Güvən