Şəhid ailələri üçün MİQ üzrə vakansiya seçiminə start VERİLDİ

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.
Redaktor.az-a bu barədə İnsan Resusları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.