Quba-Xaçmaz regionunda neçə müəllim çalışır? - RƏSMİ

 11:51 28.07.2025     212

Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, Quba rayonu üzrə 2479, Qusar rayonu üzrə 1800, Xaçmaz rayonu üzrə 2894, Siyəzən rayonu üzrə 737, Şabran rayonu üzrə isə 919 təhsilverən çalışır. 

Maraq doğuran daha bir məsələ ondan ibarətdir ki, hər regionda əhali sayına neçə müəllim düşür?

Quba rayonunda 171289 nəfər əhali yaşayır və hər 69 nəfərə 1 müəllim düşür. Qusarda isə 98097 nəfər əhali üçün bu göstərici hər 54 nəfərə 1, Xaçmazda 181176 nəfərlik əhali arasında hər 62 nəfərə 1, Siyəzəndə 42921 nəfər əhali üçün bu göstərici hər 58 nəfərə 1, Şabranda isə 60200 əhali üçün hər 65 nəfərə 1 müəllim düşür.

Vumart və Güvən reklamı Vumart Güvən