Bu ixtisasları seçin - Repetitordan abituriyentlərə TÖVSİYƏ

 16:23 28.07.2025     1185

"Bu il ballarda artma olsa da, amma vəziyyət məncə kəskin deyil. 3-cü və 4-cü qruplarda yüksək balla seçimlərdə bir az çətinlik olacaq".

Bu fikirləri Redaktor.az-a Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov abituriyentlərin ixtisas seçimlərindən danışarkən bildirib.

"Aşağı bal toplayanlar özəl üniversitetləri və 150 ballıq ixtisasları seçə bilərlər. Marketinq, aqronomluq, regionşünaslıq və s. Seçimi belə etsələr uğur qazana bilərlər. Amma bu il də 25 minə yaxın uşaq sıfır bal toplayıb. Abituriyentlərin uğur faizi o qədər də ürəkaçan deyil. Abituriyentin harada təhsil almasından aslı olmayaraq nailiyyəti varsa, uğur qazana biləcək. Elə bir dövrdür ki, indi təhsildən çox bacarıq önəmlidir. Bəzən müəyyən bir təşkilatlarda, idarədə təhsili olmayan adamların fəaliyyət göstərdiyini görürük. İndi kənd təsərrüfatı ilə bağlı məsələlərdə mütəxəssislərə ehtiyac var. Xaricdən yüksək maaşla aqronomlar gətirilir.  Mən o abituriyentlərə tövsiyə edərdim ki, kənd təsərrüfatı ilə bağlı aqronomluq, şərabçılıq kimi ixtisasları seçsələr gələcəkdə iş onları gözləyə bilər", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən