Qarabağ regionunda çalışan müəllimlərin SAYI

Ölkədəki müəllimlərin sayı cəmiyyətin geniş maraq dairəsinə daxil olan mövzulardandır.
Redaktor.az bu barədə azedu.az-a istinadən xəbər verir.
Qarabağ Regional Təhsil İdarəsinin nəzdində Ağcəbədi, Bərdə, Ağdam, Ağdərə,Füzuli,Xankəndi, Xocalı,Xocavənd, Şuşa və Tərtər rayonları fəaliyyət göstərir.
Məlumata görə, Ağcəbədi rayonu üzrə 2140, Bərdə rayonunda 2395, Ağdamda 3187, Ağdərədə 76 ,Füzulidə 1563, Xankəndidə 54, Xocalıda 256, Xocavənddə 262, Şuşada 256 Tərtər rayonunda isə 1034 təhsilverən çalışır.