Bir neçə abituriyent istintaqa cəlb edildi - DİM-dən AÇIQLAMA

 10:24 30.07.2025     452

Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin ifşa olunmasına dair məlumatlar yayılır. DİM hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görür.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanır, press-reliz dərc edilir:

“İmtahan qaydalarını pozanlarla bağlı vaxtından, yerindən asılı olmayaraq pozuntuların səviyyəsindən asılı olaraq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək”.

Vumart və Güvən reklamı Vumart Güvən