Qarabağ Universitetində tibb təhsili üzrə plan yerinin SAYI

"Qarabağ Universitetində yeni təhsil modeli üzrə tibb tədris ediləcək".
Redaktor.az Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Qarabağ Universitetinin Klinikasının baş direktoru, həmçinin yeni fakültənin rəhbəri Samir Babayev bildirib.
Onun sözlərinə görə, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsində 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.