Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək - BU TARİXDƏ

 12:55 31.07.2025     219

Dövlət İmtahan Mərkəzi avqustun 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə imtahan keçiriləcək.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq. İmtahan vermək üçün 783 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 50, BB qrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd qeydiyyatdan keçib.

İmtahanı iştirakçıları bu linkə daxil olub buraxılış vərəqəsini çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir.

İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Vumart və Güvən reklamı Vumart Güvən