Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

İmtahan zamanı faktiki yaşadığı ünvanı səhv yazan müəllimlər bu məlumatı düzəldə bilərlərmi, əgər düzəldə bilməsələr, bu onların vakansiya seçiminə təsir edəcəkmi?
Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bu sualı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” verilişində cavablandırıb.
O qeyd edib ki, bu məsələ ilə bağlı bir neçə məqamı xüsusi vurğulamaq lazımdır:
“Müəllimlər elektron ərizələrini doldurduqdan sonra bütün məlumatlarının düzgün olduğunu təsdiqləyirlər. Lakin yaşayış yeri ilə bağlı məlumatlar daha dinamik xarakter daşıya bilər, çünki insanlar müxtəlif səbəblərlə əlaqədar yaşayış ünvanlarını dəyişə bilərlər. Belə namizədlər “Çağrı mərkəzi”nə müraciət edib müəyyən suallara cavab verərək şəxsi məlumatlarını yenidən təsdiqlədikdən sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu məsələyə baxa bilər”.