"Müəllimlər maksimum yarım saatlıq məsafədə işlərinə gedə bilməlidirlər" - Ekspert

 16:17 04.08.2025     213

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik tətbiq olunacaq. Namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.

Redaktor.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmli bildirdi ki, müəllimin gündə bir saat, saat yarım işə gedib gəlməyi çox risklidir.

"Müəllim əgər bu qədər uzun müddət, uzun məsafə yol qət eləyirsə, onun iş keyfiyyətinə, sosial rifahına, ailədəki durumuna bu mütləq mənada təsir edəcək. Ona görə də biz mümkün qədər müəllimləri yaşayış yerinə yaxın yerlərə təyin eləməliyik. Bu çox aydın bir məsələdir. Çünki hər il məlumdur ki, bir rayondan digər rayona və ya kəndə gedərkən yol hərəkəti insidentlərində, qəzalarında onlarla müəllim vəfat edir. Bunun qarşısını almaq mütləq ki, lazımdır. Müəllimlər insanla işləyən bir peşənin sahibidirlər. Ona görə onlar yorulmamalıdırlar, onlar işlərinə fokuslanmalıdırlar, onlar maksimum yarım saatlıq məsafədə işlərinə gedə bilməlidirlər. Bu mənada gözəl və təqdirəlayiq bir qərardır. Ümid edirəm ki, bu tam istədikləri kimi olar və yaşayış yerlərinə uyğun yerlərə təyinat ala bilərlər", - deyə təhsil eksperti bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən