Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start verilir, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 5 avqust saat 15:00, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək:
"Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etmələrini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər".
Qeyd edək ki, proses 20 avqust 18:00-a qədər davam edəcək.