Tələbələrin köçürülməsi üzrə nəticələr məlum oldu

 17:04 05.08.2025     80

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

Bu barədə Redaktor.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etməlidirlər: "Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcəkdir".

Vumart və Güvən reklamı Vumart Güvən