"Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" - Məzahir Məmmədli

"Bu gün Azərbaycanda peşə təhsili yeni qurulur, amma bu qoyulan qiymətlər bu peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil".
Bu fikri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli peşə təhsilində illik ödənişlərin çox olması haqqında danışarkən bildirdi.
"Düşünürəm bu məsələdə bir qədər ilkin başlanğıcda müəyyən güzəştlər olmalı idi. Amma indi artıq belə müəyyənləşib, beynəlxalq dərəcəli sertifikat alanlar üçün il ərzində 5000, amma digərləri üçün 1800-2000 manat ödənişlər var. Əlbəttə ki, peşə təhsili alan şəxslər üçün bir ilə bu böyük bir rəqəmdir. Ona görə də bu düşünürəm ki, Azərbaycan ailəsinin büdcəsinə uyğun deyil".
Aytəkin TOFİQQIZI