Təhsil ekspertindən nazirə ETİRAZ - “Müəllimlərin əsəb sistemi ilə oynayırlar”

 17:13 06.08.2025     270

“Elm və Təhsil Nazirliyi camaatla məzələnir. Bunun ikinci adı yoxdur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamil Talıbov öz sosial şəbəkəsində paylaşıb:

"Emin Əmrullayev və tayfası bütün müəllimlərin əsəb sistemi ilə oynayır. Uşaq-muşağı gətirib qoyublar ölkənin nazirliyinə rəhbər vəzifələrə. Biz belə edirik. Yaxşı edirik. Siz danışdıqca daha betər edəcəyik. Əlimizin içindən gəlir.

Heç bir məntiqə sığmayan vakansiyaların mərhələli seçimi, kefinə görə faktiki yaşayış ünvanlarının dəyişdirilməsi, indi də o boyda Bakıda keçən il 100+ vakansiya olmasına rəğmən, indi cəmi 50 vakansiya vermək – böyük cəsarətdir. Adamlar deyir ki, sizi saymırıq, vecimizə də deyilsiniz. Yaxşı edirik.

Oturun, oturduğunuz yerdə. Utanma yox, qızarma yox. Yaltaq kimi gülən iki-üç təlxəyi də gətirib qoyublar vəzifələrə, bu qədər müəllimin əsəb sistemini pozurlar. Ayıbdır, vallah ayıbdır. 50 vakansiyanın başqa izahı yoxdur”, – deyə ekspert vurğulayıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən