Etibar Əliyevdən universitet rektoruna kəskin sözlər: "Narsizim xəstəliyinə düçar olub"

 23:38 06.08.2025     232

Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü Etibar Əliyev Qarabağ Universitetinin rektoru Şahin Bayramovu tənqid edib.

Redaktor.az eks-deputatın feysbukda paylaşdığı postu olduğu kimi təqdim edir:

"Mən "facebook" səhifəmdə Qarabağ Universitetinə 500 kitab hədiyyə etməyim barədə paylaşım etmişdim. Və təmannasız olaraq univerisitet kitabxansının müasir tələblərə uyğun olaraq qurulmasını təşkil edə bilərəm. Ancaq Şəmsəddin Hacıyevin keçmiş köməkçisi Şahin Bayramovdan mənim çağrışama cavab gəlmədi. Çünki kitaba bağlı adam deyil… İndi universitetdən yüksək vəzifə tutan iki xanım ərizələri ilə işdən çıxıb. Şahin də narsizim xəstəliyinə düçar olub.

Mən əminəm ki, Şahin özünün təbliğatindan çox universitetin təbliğatına daha çox vaxt ayırmalıdır…

Düşünürəm ki, bu təklifimə də cavab verməyəcək.

Mən tələbələr üçün çox vacib olan “Fəlsəfə tarixi” və “Elmin fəlsəfəsi” fənlərini yüksək səviyyədə tədris edə bilərəm… Təmənnasız…

“Mütaliə klubunu” da təmənnasız yarada bilərəm…"

Vumart və Güvən reklamı Vumart Güvən