"Çox güman ballar yüksələcək"

 15:10 07.08.2025     1302

Ekspertlər tərəfindən bildirilir ki, 9 illik təhsil bazasından kolleclərə qəbul zamanı bal artımı müşahidə olunacaq.

Redaktor.az-a danışan  Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov da hesab edir ki, ballarda yüksəliş gözlənilir.

"Ballarda artım görəcəyik. Balların artım səbəbi nədir, bilirsinizmi? İlk səbəb yerlərin azalmasıdır. Digər əsas səbəblərdən biri isə bəzi ixtisasların çıxarılmasıdır. Ümumiyyətlə, ixtisaslarda 40% azalma var. Buna əsasən deyə bilirik ki, çox güman ballar yüksələcəkdir", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən